Ərdoğan generalları əfv etdi

17
May
2024
15:49

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan "28 Fevral" işi üzrə təqsirli bilinən istefada olan generalları əfv edib. 

Azreform.info xəbər verir ki, prezident Ərdoğanın bununla bağlı qərarı “Resmi Gazete”də dərc olunub. 

Əfv olunan generalları aşağıdakılardır:

Çevik Bir, Çetin Doğan, Fevzi Türkeri, Yıldırım Türker, Aydan Erol, Erol Özkasnak, Cevat Temel Özkaynak, Hacı Sülük, Ali Efteraslan, Avni Yılmaz, Sevda Yüksel, Gülbey Sarıoğlu, Süleyman Tuna, Abdulhekim Yılmaz.

Məhkumların qalan cəzaları Konstitusiyanın 104-cü maddəsinin 16-cı bəndinin müddəasına uyğun olaraq, Məhkəmə Tibb Qurumunun daimi xəstəlik, əlillik və qocalıq həddinə çatdığını bildirdiyinə görə ləğv edilib.

Mürtəza
Azreform.info