QHT layihənin icrasına başlayıb

2
May
2024
16:53

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsində “Turizm yönümlü icma quruculuğu” layihəsi ilə qalib olmuşdur.

Layihənin əsas məqsədi turizmin ətraf aləmi dağıtmasının, ekologiyaya zərər verməsinin qarşısını almaq və icma yönümlü turizmi inkişaf etdirməkdir.

Bunun üçün icma əsaslı turizmlə məşqul olan insanlara təbiətə qayğı ilə sayahətin yollarını öyrədəcək “Ekoturizm məktəbi” təşkil ediləcək. Layihənin həyata keçirilməsi nəticəsində ekoturizm haqqında məlumatlılıq və ekoloji sistemin qorunmasında və zərərin azaldılmasında insanların rolu artırılacaqdır.

Layihənin rəhbəri Nərminə Qəribova layihənin icrasına 01 may tarixindən start verildiyini və tədbirlərin ölkəmizin cənnət guşələrindən olan Astara və İsmayıllı rayonlarında keçiriləməsi nəzərdə tutulduğunu bildirdi.