ATƏT sədrindən Qarabağ etirafı: ermənilər yenə əsəbiləşdi

13
May
2024
14:21

İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borq ermənilərin Qarabağa qayıtması ilə bağlı danışıb.

Azreform.info xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri cavabında deyib: "Təbii ki, təşkilat insanlar üçündür. Amma ATƏT özünün iştirak etmədiyi prosesə müdaxilə edə bilməz. ATƏT iki ölkənin mövqeyinə hörmətlə yanaşır".

Erməni mediası ATƏT sədrinin bu fikrini şərh edəkək yazıb: "Beləliklə, indiki sədr birbaşa qurumla bağlı sualdan yayınmaqla yanaşı, ATƏT-in Minsk Qrupunu da "dəfn etdi".

Mürtəza
Azreform.info