Dövlət başçısı: Delimitasiya və demarkasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir

10
May
2024
18:21
Sərhəddə delimitasiya və demarkasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir.
 
Azreform.info -ın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.
 
Dövlət başçısı qeyd edib ki, bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır.
 
“Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”, - İlham Əliyev deyib.