Erməni müxalifətinin lideri Paşinyana bir saat vaxt verib

9
May
2024
19:28

"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat İrəvanda Respublika Meydanında keçirilən mitinqdə baş nazir Nikol Paşinyanın istefa verməsi üçün bir saat vaxt verdiyini bildirib.

Bu barədə Azreform.info Ermənistan KİV-ə istinadən xəbər verir.

"İlk dəfədir ki, onun adını çəkirəm. Nikol Paşinyan! Mən sizə istefa üçün bir saat vaxt verirəm. Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram", - o deyib.