Putini sülhə vadar etməyin yeganə yolu budur - NATO

9
May
2024
15:21

"NATO-nun Ukraynaya qüvvə yeritmək niyyəti yoxdur. Ukrayna da NATO qoşunlarının yerləşdirilməsini yox, daha çox dəstək istəyir".

Azreform.info xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Ukrayna məsələsində Rusiya ilə dialoqun aparılması istiqamətində atılan addımları şərh edən NATO baş katibi deyib ki, indi Rusiya ilə mənalı dialoq aparmağın çox çətin olduğunu görürlər. "Biz onların başqa ölkəyə hücumlarını dayandırmasını görmək istəyirik və bizə Ukraynada sülh yolu ilə həll lazımdır", - Stoltenberq bildirib.

Baş katib deyib ki, Vladimir Putinin Ukrayna müharibəsində qalib gələcəyinə inandığından indiyə qədər sülh danışıqlarında iştirak etmək istəmir:  “Onu danışıqlara inandırmağın yeganə yolu Rusiyaya döyüş meydanında qalib gələ bilməyəcəyini göstərməkdir. Buna nail olmağın yeganə yolu isə Ukraynaya hərbi dəstək verməkdir". 

Mürtəza
Azreform.info