Eyni şəxsə məxsus 3 lizinq şirkəti ləğv olunur

8
May
2024
17:42

Azərbaycanda eyni şəxsə məxsus 3 lizinq şirkəti ləğv olunur.

Azreform.info ”ın məlumatına görə, “GM Lizinq”, “NM Lizinq” və “Universal Lizinq” MMC-lər ləğv olunur.

Şirkətlərin hər üçü 2021-ci ildə dövlət qeydiyyatına alınıb və Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında qeydiyyatdadır.

MMC-lərin kreditorları iki ay ərzində tələblərini sözügedən ünvana bildirə bilər.

Könül
Azreform.info