Bu müavinət hamıya verilməlidir - Deputatdan təklif

7
May
2024
12:21

Vətəndaş işləyib-işləməməsində asılı olmayaraq, o, dünyasını dəyişdikdə ona dəfn müavinəti verilməlidir. 

Azreform.info xəbər verir ki, belə bir təkliflə deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxış edib.

Onun sözlərinə görə,  bununla bağlı çoxsaylı şikayətlər daxil olur. “İşləməyənlərə sosial sığortası olmadığı üçün onlara dəfn müavinəti verilmir. Bu insanlarda  ciddi narazılığa səbəb olur. Hesab edirəm ki, insanların işləyib-işləməsindən asılı olmayaraq hər bir şəxsə dünyasını dəyişdikdə  dəfn müavinəti verilməlidir. Ola bilsin ki, həcm az ola bilər, amma verilməlidir”, - deputat bildirib.

Mürtəza
Azreform.info