Türkiyə Böyük Millət Məclisi iş vaxtının azaldılması təklifinə baxacaq.
Azreform.info-nun məlumatına görə bunu Türkiyə mətbuatı xəbər verir.
Təklif müxalifət partiyaları tərəfindən irəli sürülüb. Plana əsasən, hazırkı 45 saatlıq iş saatı 37,5 saata endiriləcək. Təklif qəbul olunarsa, işçilərin iş saatı 09:00-dan 16:30-a kimi olacaq.
Bu təklifin əsas məqsədi işçilərin istirahəti və şəxsi vaxtları üçün daha çox imkan yaratmaqdır.