Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi

2
May
2024
16:21

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. 

Azreform.info qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. 

Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli Sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. R. Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.