Ermənistan və Azərbaycanın Almatıda xarici işlər nazirləri səviyyəsində danışıqların aparılmasına dair razılaşmasını alqışlayıram.
Azreform.info xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev deyib.
“Mən Ermənistan və Azərbaycanın Qazaxıstan tərəfinin iki dövlət arasında sülh müqaviləsinin hazırlanması üzrə xarici işlər nazirləri arasında danışıqların aparılması təklifi ilə bağlı razılığını alqışlayıram”, - Tokayev bildirib.
O əlavə edib ki, bu mühüm hadisənin 1991-ci ilin dekabrında MDB ölkələrinin dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsbit edən tarixi Alma-Ata Bəyannaməsinin imzalandığı Almatıda baş tutması rəmzi məna daşıyır.
“Düşünürəm ki, görüş Ermənistan-Azərbaycan razılaşmalarının praktiki icrasına xidmət edəcək və Cənubi Qafqazda tezliklə dayanıqlı və uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək”, - Tokayev bildirib.
Mürtəza
Azreform.info