Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim olunacaq.
Bu barədə Azreform.info a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib. Azərbaycanın Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.
İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.