İmişli-Biləsuvar yolunda avtomobil aşıb - ölənlər var

27
Apr
2024
19:07

İmişli-Biləsuvar avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Azreform.info "Report"a istinadla xəbər verir ki, "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində Ramil Vəliyev və Adil Sadıqov dünyasını dəyişib.

Avtomobildə olan sərnişinlər Fatma Şərifova, Abdullah Ramil, Muhəmməd Vüsal müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.