Türkmənistan Xəzərdə yeni zavod tikir

26
Apr
2024
03:49

Türkmənistan yaxın gələcəkdə Xəzər dənizinin şərqində yerləşən Qara-Boğaz-Gök körfəzinin mineral ehtiyatlarının mənimsənilməsi üçün zavod inşa etməyi planlaşdırır.

Azreform.info ” xəbər verir ki, bu barədə “Türkmənhimiya” dövlət konserninin sədri Dövranqeldi Sapbayev məlumat verib.

O, bu körfəzi dünyada natrium sulfat və digər faydalı mineralların ən böyük yatağı adlandırıb: “Körfəzin mineral sərvəti maqnezium, natrium duzları, brom və bor birləşmələrinin bütün çeşidlərinin istehsalı üçün tükənməz xammal mənbəyidir. Buna görə də biz yaxın gələcəkdə Qara-Boğaz-Göl körfəzinin mineral-xammal ehtiyatlarının mənimsənilməsi üçün müasir kimya müəssisəsinin tikintisi layihəsinin həyata keçirilməsini nəzərdə tuturuq.

D.Sapbayev əlavə edib ki, Türkmənistan yod ehtiyatlarına görə dünyada aparıcı yerlərdən birini tutur.