Onların tarixi rekordunu təkrarladı

9
Dek
2023
07:49

“Vest Hem”in yarımmüdafiəçisi Carrod Bouen İngiltərə Premyer Liqası tarixində ardıcıl yeddi səfər matçında qol vurmağı bacaran üçüncü futbolçu olub.

Publika.az xəbər verir ki, dekabrın 7-də Bouen Premyer Liqanın 15-ci turunda “Tottenhem”lə səfər oyununda (2:1) qol vurub.

Bundan əvvəl “Arsenal”ın və “Mançester Yunayted”in sabiq hücumçusu Robin van Persi (9 qol) və “Mançester Siti”nin hücumçusu Serxio Aquero (7) ardıcıl ən azı yeddi oyunda fərqlənib.

Bu mövsüm İngiltərə Premyer Liqasında 26 yaşlı Carrod 14 matçda 9 qol vurub və 1 məhsuldar ötürmə edib. 14 turdan sonra “Vest Hem” İngiltərə çempionatının turnir cədvəlində 9-cu yerdədir.