Bakıda qadın geyiminə görə marketdən qovuldu - VİDEO

25
Apr
2024
23:14

Bakıda mağazalardan birinə açıq-saçıq geyimdə daxil olan qadın oradan qovulub.

Azreform.info xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb.

Videonun rəy bölməsində insanlar bu addımı atan xanıma dəstəyini ifadə edib.

Belə ki, bir çoxları "halaldır, ictimai qınaq belə olur", "xanımın qarşısında baş əyirəm", "əhsən" və s. buna oxşar reaksiyalar veriblər. 

Bəziləri isə mağazaya daxil olan qadının ruhi xəstə olduğunu qeyd ediblər və ona qarşı belə davranışı qınayıblar. 

Həmçinin rəy yazanlar arasında mağazada işləyən şəxsin hərəkətini alçaldıcı hesab edən də olub.