Bədənin hansı nahiyəsində piy, yağ toplanmasına görə ürəyin vəziyyətini təxmin etmək olur.
“Medicina” xəbər verir ki, dünyada ən çox ölümə səbəb olan ürək – damar çatımazlığı və qan dövranı sistemi xəstəlikləri daha çox yayılıb. Buna səbəb arterial damarlarda yağlanmadır.
Araşdırmalara görə, bədənin müəyyən bir bölgəsində artıq yağın olması riski artırır. Xüsusilə, qarın nahiyəsində çoxlu visserial piylərin yığılması.
Visserial piy, dərialtı piydən fərqli olaraq, qarın boşluğunun dərin hissəsində yerləşir, həyati orqanlar üçün izolyator və qoruyucu rol oynayır.
Həddindən artıq visserial piy "alma" formalı bədənə gətirib çıxarır.
Bu formada piy qanı bağırsaq bölgəsindən qaraciyərə daşıyan portal venanın yaxınlığında yerləşir. Bu isə ürəyin qan təchizatını pozur.