“Şərq-Qərb” nəşriyyatına yeni rəhbər təyin olunacaq

23
Apr
2024
10:28

“Şərq-Qərb” ASC-nin Müşahidə Şurasına sədr və üzvlər növbəti müddətə təyin ediləcək.

Azreform.info ın məlumatına görə, bununla bağlı qərar ASC-nin cari ilin iyunun 22-də keçiriləcək səhmdarlarının ümumi yığıncağında veriləcək. 

Yığıncağın gündəliyinə ASC-nin 2023-cü il üzrə illik və maliyyə hesabatlarının təsdiq edilməsi, müfəttişinin növbəti müddətə təyin edilməsi, 2023-cü il üzrə mənfəət və zərərinin bölüşdürülməsi, dividend ödənilməsi və digər cari məsələlər daxildir.

Qeyd edək ki, “Şərq-Qərb” ASC Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.

Könül
Azreform.info