Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək

22
Apr
2024
14:42

Malayziya Senatının sədri Mutang Tagal Azərbaycana səfər edəcək.

Azreform.info xəbər verir ki, bunu Report-a açıqlamasında Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza deyib.

Səfir səfərin aprelin sonunda baş tutacağını bildirib.

"2023-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı mühüm səfərlər olub. Aprelin sonunda Malayziya Senatının sədri Azərbaycana gələcək. Senat sədrinin rəhbərlik edəcəyi nümayəndə heyəti 9 nəfərdən ibarət olacaq", - diplomat qeyd edib.