Oğuzda yol qəzası olub, xəsarət alan var

21
Apr
2024
21:42

Oğuzda yol-nəqliyyat hadisəsi olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Xaçmaz kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər xəsarət alıb.

Hazırda Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.