Bakının mərkəzində kanalizasiya borularında tıxanma - FOTO

21
Apr
2024
20:28

“Bakının mərkəzində kanalizasiya borularında baş verən tıxanma aradan qaldırılıb”.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, “Azərsu” əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, Sukanal İdarəsinin qəza briqadaları oraya cəlb olunub və problem aradan qaldırılıb.
Qeyd edək ki, aprelin 21-də günorta saatlarında Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsi, 1 ünvanında kanalizasiya borularında tıxanma baş verib, tıxanma nəticəsində çirkab suları küçəyə axıb.