Hacıqabulda yol qəzası - xəsarət alanlar var

21
Apr
2024
13:49

Hacıqabulda baş vermiş yol qəzasında xəsarət alanlar var.

Azreform.info “Report”a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınılığında qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 3-4 nəfərin yaralandığı bildirilir. Hazırda hadisə yerinə təcili yardim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.