Bakıda hoteldə yanğın olub 

20
Apr
2024
20:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Azreform.info a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hoteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.