Klaar delimitasiya üzrə komissiyaların işini ümidverici adlandırdı

19
Apr
2024
21:42

Sərhəd komissiyalarının işi və hüquqi sənədlər, 1991-ci il Almatı sazişi əsasında (Azərbaycan və Ermənistan arasında) delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər var.

Azreform.info ” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “X” hesabında bildirib.

Diplomat vurğulayıb ki, Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir:

“Avropa İttifaqı danışıqlar prosesini, hərtərəfli və davamlı nizamlanma məqsədlərini tam dəstəkləyir”.