Laçında bədbəxt hadisə

19
Apr
2024
20:56

Laçında bədbəxt hadisə baş verib.

Azreform.info xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul oğlu ekskavator təmir edən zaman üzərinə dəmir parçası düşüb.

Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır. (Trend)