BDU borca görə məhkəməyə verildi

18
Apr
2024
12:42

Bakı Dövlət Universiteti (BDU) məhkəməyə verilib.

Azreform.info ”ın məlumatına görə, “Yusi Ko” MMC universitlə bağlı iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - podrat müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Yusi Ko” MMC məktəb və uşaq bağçası binası kimi tikililərin inşası ilə məşğuldur.

Könül
Azreform.info