Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO

17
Apr
2024
09:42

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

Azreform.info xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın həyat yoldaşı saytımıza bildirib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.