Bakıda 52 yaşlı kişi özünü 11-ci mərtəbədən atdı

15
Apr
2024
19:56

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə günorta saatlarında qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Habil Abbasov özünü 11-ci mərtəbədən yerə ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.