Bakı-Qazax şosesində zəncirvari qəza: Xəsarət alanlar var

14
Apr
2024
12:14

Bakının Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax şosesinin Ələt qəsəbəsinə düşən hissəsində qeydə alınıb.

Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 24 yaşlı Nadir Habil oğlu Nağıyev və 22 yaşlı Sadiq Eduard oğlu Ələkbərzadə ağır xəsarətlər alıblar.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.