İranın Dəməşqdəki konsulluğu yaxınlığında bomba partladıldı - FOTO

13
Apr
2024
21:00

Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun yaxınlığında, Əl-Məzə bölgəsindəki Əl-Hadi meydanında avtomobildə əldəqayırma partlayıcı partladılıb.

Azreform.info xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, partlayış nəticəsində ölən olmayıb.
Paytaxt polisi əlavə məlumat verməyib, yalnız maddi ziyan dəydiyini bildirib.