Mədəniyyət Nazirliyindən 65 minlik icarə müqaviləsi

13
Apr
2024
15:14

Mədəniyyət Nazirliyi Dövlət Rəqs Ansablının məşqləri üçün daşınmaz əmlak icarəyə götürür.

Azreform.info ”ın məlumatına görə, nazirlik icarə ilə bağlı "Ruslan-93" kiçik müəssisəsi ilə müqavilə imzalayıb.

İcarə üçün müəssisəyə 64 min 900 manat ödəniş ediləcək.

Könül
Azreform.info