Azərbaycan milli komandasının qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” baş məşqçi axtarışını davam etdirir.
Azreform.info qafqazinfo-ya istinadən xəbər verir ki, İtaliya millisinin keçmiş əfsanəsi Fabio Kannavaro hazırda Türkiyə klubunun baş məşqçi postuna əsas namizəd kimi göstərilir.
Tərəflər arasında ilkin danışıqların olduğu bildirilir.
F.Kannavaro iki gün əvvəl istefaya göndərilmiş Patrik Klyuverti əvəzləyə bilər.