UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə görə AFFA-nı cərimələyib.
“Report”un əldə etdiyi məlumata görə, buna yığmanın Bakıda Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı AVRO-2025-in seçmə mərhələ matçının gec başlaması səbəb olub.
Milli assosiasiya buna görə 5000 avro ödəməlidir. U-21-in baş məşqçisi Samir Əliyev isə oyun gec start götürdüyü üçün xəbərdarlıq alıb.
Qeyd edək ki, oktyabrın 12-də gerçəkləşən qarşılaşma Şimali İrlandiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.