Kreml: Vəziyyət kritikdir, bir çox vilayətlər su altında qalacaq

8
Apr
2024
22:35

Orsk şəhərində su bəndinin dağılması nəticəsində Rusiyanın və Qazaxıstanın bir neçə vilayəti su altında qalma təhlükəsi üz-üzədir.

Azreform.info xəbər verir ki, RF Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Ural çayı boyunca daşqın dalğası aprelin 17-dək Orsk sərhədlərini keçərək Orenburqa çatacaq. Onlar Tümen və Kurqan vilayətində daşqınları istisna etməyiblər və yerli sakinlərə təxliyə ilə bağlı çağırışlar edilib.

Vətəndaşlara daşqınla bağlı proqnozlara ciddi yanaşmaq və su gələnə qədər təxliyə edilmələri tövsiyə olunub. 

Ümumilikdə Rusiyanın 39 regionunda daşqınlar baş verib. Kreml Orskda bəndin dağılmasından sonra vəziyyəti kritik adlandırıb.

Mürtəza
Azreform.info