Putin bu ərazini yer üzündən siləcək? - "The Times"

8
Apr
2024
16:35

Rusiya Xarkova davamlı olaraq PUA hücumu ilə şəhəri tamamilə darmadağın edib onu tutmağı planlaşdırır.

Azreform.info xəbər verir ki, bu barədə "The Times" nəşri yazır. 

Nəşr qeyd edib ki, Rusiya demək olar, hər gün şəhəri atəşə tutaraq, Xarkovun dinc əhalisinə qarşı terroru davam etdirir. "Buna görə də, indi Putinin strategiyası Xarkovu tamamilə məhv etmək və onu tabe etməkdir", - The Times yazıb.

Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, Rusiya insanların yaşadığı yerləri hədəfə alır, bununla da işğalçı ölkə dinc əhalini qorxutmağa çalışır."Rusiya ilə həmsərhəd bölgənin onlarla kəndi intensiv atəşə məruz qaldığından boşaldılıb", - Sinegubov deyib.

“The Times” həmçinin rusiyalı təbliğatçı Vladimir Solovyovun “Xarkov yer üzündən silinməlidir” sözlərini sitat gətirib.

Mürtəza
Azreform.info