Münaqişədə ölən fələstinlilərin sayı açıqlanıb

7
Apr
2024
18:35

2023-cü ilin oktyabrın əvvəlindən İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 33,2 minə yaxın fələstinli həlak olub.

Azreform.info ” xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi teleqramda bildirib.

“İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı hazırda 33 175 nəfərə çatıb, daha 75 886 nəfər yaralanıb”, – Səhiyyə Nazirliyinin açıqlamasında nəql edilib. Qurumun məlumatına görə, təkcə son 24 saat ərzində Qəzzada 38 nəfər ölüb, 71 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və dinc sakinlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.