Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgisi keçiriləcək

7
Apr
2024
16:21

Aprelin 17-19-da Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgisi keçiriləcək.

Təşkilatçılardan Azreform.info a verilən məlumata görə, burada BRİCS və ŞƏT-ə üzv olan ölkələrin, eləcə də bu təşkilatlara qoşulmağı planlaşdıran dövlətlərin müxtəlif mal və xidmətlərinin istehsalçıları və təchizatçıları iştirak edəcək.

Sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək. Təşkilatçılar Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş "EXPO Club Plus" və "Rusiya Ekspo Klubu"dur.

Ziyarətçilər üçün giriş pulsuzdur.