Türkiyədə polisləri daşıyan mikroavtobus aşdı - yaralılar var

7
Apr
2024
15:07

Türkiyədə Bakırköy istiqamətində hərəkət edən mülki geyimli polisləri daşıyan xidmət mikroavtobusu yağışlı hava səbəbindən baryerə çırpılaraq aşıb.

Azreform.info APA-ya istinadən bildirir ki, qəza, Basın Ekspres yolunun Çobançeşme qovşağında baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Qəza səbəbindən yol nəqliyyatın hərəkəti üçün bağlanıb.