Şəmkirdə evdə partlayış olub, xəsarət alanlar var 

7
Apr
2024
10:28

Şəmkir rayon Çaparlı kəndində qazsıması nəticəsində partlayış olub, xəsarət alanlar var.

Azreform.info "Report"a istinadla bildirir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Azadə Mərdanova, 1985-ci il təvəllüdlü Azadə Mərdanova və 1 yaşlı uşaq xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.