Misir Qəzza danışıqlarının keçiriləcəyini təsdiqlədi

7
Apr
2024
00:00

Qəzza zolağında vəziyyətin nizamlanması, ilk növbədə atəşkəs və İsrail həbsxanalarındakı girovların fələstinli məhbuslarla dəyişdirilməsi məsələləri üzrə danışıqlar bazar günü Misirin paytaxtında keçiriləcək.

Azreform.info xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, danışıqlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani, eləcə də İsrail nümayəndə heyəti iştirak edəcək.

Bir müddət əvvəl HƏMAS hərəkatı nümayəndələrinin Fələstin sektorunda atəşkəs razılaşmasını müzakirə etmək üçün bazar günü Qahirəyə getdiklərini açıqlamışdı. HƏMAS-ın nümayəndə heyətinə hərəkatın Qəzza zolağı üzrə müavini Xəlil əl-Həyya rəhbərlik edir.