“Covid” əməliyyatı: Yarım milyarddan çox pul mənimsənilibmiş

6
Apr
2024
16:56

Pandemiyadan sonra inkişaf üçün Avropa İttifaqından rekord məbləğdə dəstək paketi alan İtaliyada bu vəsaitlərin qanunsuz istifadəsi səbəbilə əməliyyatlara başladılıb.

Valyuta.az xəbər verir ki, ötən gün Venesiyada keçirilən və 22 nəfərin saxlanıldığı əməliyyatda dəbdəbəli villalar və avtomobillər, bahalı zinət əşyaları və saatlar da daxil olmaqla toplam dəyəri 600 milyon avro olan aktivlərə həbs qoyulub.

Lüksemburqda yerləşən Avropa Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaqda Avstriya, Rumıniya və Slovakiya ilə yanaşı İtaliyada da əməliyyat və basqınlar həyata keçirilib.

İtaliyada 17, Slovakiyada 3, Avstriyada isə 2 nəfər saxlanılıb. Saxlanılanlardan 8-i həbs edilib, 14-ü isə ev dustaqlığına buraxılıb.

İtaliya mətbuatının məlumatına görə, saxlanılanlar arasında iş adamları, notariuslar və mühasiblər var.