"Apple"in CEO-su: "iPhone"dan uzun müddət istifadə etməyin!

6
Apr
2024
16:28

"Apple"in CEO-su Tim Kuk uşaqların "iPhone" istifadəsi ilə bağlı valideynlərə xəbərdarlıq edib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, indiki uşaqların "rəqəmsal" doğulduğunu deyən Kuk valideynlərə ekran vaxtı ilə bağlı ciddi xəbərdarlıq edib.

"Apple" rəsmisi bildirib ki, uşaqların bütün vaxtlarını şirkətin məhsulları ilə keçirdiklərini görmək istəmir:

"Məncə, bununla bağlı bəzi ciddi qaydalar müəyyən etmək həqiqətən vacibdir."

Kuk "Apple"ın rəqəmsal asılılığı təşviq etməyə çalışmadığını söyləyib:

"İnsanların telefonlarımızdan çox istifadə etməsini istəmirik. Biz bunu təşviq etmirik və istəmirik. İnsanların bunu etməməsi üçün alətlər təqdim edirik "

Qeyd edək ki, övladı olmayan Kuk daha əvvəl qardaşı oğlunu sosial mediadan istifadə edərək görmək istəmədiyini bildirmiş, hətta məktəblərdə texnologiyadan istifadənin məhdudlaşdırılması lazım olduğunu müdafiə etmişdi.

Billurə