Su bəndi uçdu şəhər su altında qaldı - Rusiyada

6
Apr
2024
16:07

Rusiya Federasiyasının Orenburq vilayətinin su bəndinin uçması nəticəsində Orsk şəhərinin bir hissəsini bütövlükdə su basıb.

Azreform.info  xəbər verir ki, bəndin uçması nəticəsində su əsasən Orsk şəhərinin köhnə hissəsinə  basmaqda davam edir. "Hazırda 9 küçədə 600-ə yaxın evi su basıb”, - RF FHN-nin regional idarəsinin yaydığı məlumatda deyilir.

Məlumatda həmçinin qeyd olunur ki, daşqın zonasından sakinlərin təxliyə edilir.

Orsk administrasiyası xəbərdarlıq edib ki, qısa zamanda Köhnə Orskdakı 11 mindən çox insanın yaşadığı 4 mindən artıq evin olduğu bütün yaşayış massivi su altında qalacaq və ona görə də sakinlər təcili olaraq təxliyə edilməlidir.

Yaranmış daşqınla bağlı bütün Orenburq vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Mürtəza
Azreform.info