Heydər Əliyev prospektində qəza: Bəzi istiqamətlər üzrə məhdudiyyət tətbiq edildi - YENİLƏNİB

6
Apr
2024
14:21

Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının qarşısında baş verən avtoqəza səbəbindən nəqliyyat vasitələrinin daha bir istiqamətdə hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Azreform.info -a məlumat verilib.

Bildirilib ki, Böyükşor şosesi - metronun “Koroğlu” stansiyası, həmçinin Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***

Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb.

Azreform.info xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, nəticədə avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qəza səbəbindən Böyükşor şosesi, “Koroğlu” metro stansiyası istiqamətində də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.