Bakıda yataqxanada YANĞIN

6
Apr
2024
10:42

Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən yataqxanada baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın qısa müddət ərzində məhdudlaşdırılıb:

“FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir”.

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı isə Oxu.Az-a açıqlamasında bildirib ki, yanğın baş verən yataqxana Azərbaycan Dillər Universitetinin nəzarətində deyil:

“Yanğın baş verən yataqxanada uzun illərdir tələbələr yaşamırlar. Yataqxana tamamilə məcburi köçkünlərin ixtiyarındadır. Yanğın hadisəsi sakinlərin ehtiyatsızlığından, qısaqapanma, nəticəsində baş verib. Bir daha qeyd etmək istərdik ki, həmin yataqxana Azərbaycan Dillər Universitetinin nəzarətində deyil”.

***

Bakıda yataqxana binası yanır.

Lent.az-ın məlumatına görə, hadisə Azərbaycan Dillər Universitetinin Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən yataqxanasında meydana gəlib.

Əraziyə yanğınsöndürənlər cəlb ediliblər.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.