İstanbulda güclü yanğın: İki bitişik bina alovlandı - VİDEO

5
Apr
2024
21:49

Türkiyənin İstanbul şəhərinin Beyoğlu məhəlləsində bir-birinə bitişik iki binada yanğın baş verib.

Beşmərtəbəli yaşayış binasının yuxarı mərtəbələrində başlayan yanğının səbəbi hələlik məlum deyil.

Hadisə yerinə çox sayda xilasetmə, sağlamlıq və polis qrupları cəlb edilib.

Bina sakinləri təxliyə edilib. Hadisə yerində işlər davam edir.