"Xəzər-Lada"nın rəhbərliyi yenidən seçiləcək

5
Apr
2024
08:56

"Xəzər-Lada" ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının yeni tərkibi seçiləcək.

Azreform.info xəbər verir ki, bununla bağlı qərar ASC səhmdarlarının 2024-cü il mayın 23-də keçiriləcək növbəti ümumi yığıncağında veriləcək. 

Yığıncağın gündəliyinə həmçinin illik hesabat, Təftiş komissiyasının illik aktının müzakirəsi və Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, dividend və mükafatların verilməsi, Kənar auditorun təsdiq edilməsi kimi məsələlər daxildir.

Könül
Azreform.info