"Qərbin sanksiyaları hərəkət azadlığını pozur"

5
Apr
2024
05:35

Qərbin Belarusa qarşı qeyri-qanuni sanksiyaları hərəkət azadlığını pozur və ən həssas insanların bir sıra dərmanlara çıxışını əngəlləyir.

Azreform.info xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, bu sanksiyalar bir çox ölkələr üçün ərzaq təhlükəsizliyi və qida hüququnun təmin olunmasına təhdiddir.