Gürcüstan kəşfiyyatının rəhbəri vəzifəsindən azad edildi

5
Apr
2024
00:56

Gürcüstanın kəşfiyyat xidmətinin rəhbəri Şalva Lomidze tutduğu vəzifədən azad edilib.

Azreform.info xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edilir ki, Şalva Lomidze 2021-ci ildən bu vəzifəni icra edir. 2014-2020-ci illərdə kəşfiyyat xidməti rəhbərinin birinci müavini olub.