QƏRAR VERİLDİ: NATO Ukraynaya missiya göndərir

4
Apr
2024
22:21

NATO ölkələri Ukraynada birgə missiya yaratmaq qərarına gəliblər.

Azreform.info xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Biz (Ukraynada) NATO missiyası yaratmaq qərarına gəldik", - deyən Sikorski, müttəfiq ölkələrin birbaşa münaqişəyə girmədiyini qeyd edib.

Nazirin sözlərinə görə, missiya sayəsində Ukrayna Silahlı Qüvvələrinin xeyli sayda əsgəri Polşa ərazisində təlim keçəcək.

“Biz indi NATO-nun koordinasiya, təlim və planlaşdırma imkanlarından Ukraynanı daha koordinasiyalı şəkildə dəstəkləmək üçün istifadə edə biləcəyik”, - deyə Sikorski izah edib.

Bundan əvvəl Radoslav Sikorski bildirmişdi ki, Polşa Niderlandın baş naziri Mark Ruttenin NATO-nun baş katibi postuna namizədliyini dəstəkləməyəcək. Polşa XİN rəhbərinin sözlərinə görə, Avropa İttifaqı və BMT-də olduğu kimi, NATO-da Mərkəzi və Şərqi Avropa ölkələri rəhbər vəzifələrdə kifayət qədər təmsil olunmur.